7 yanvar 2015 11:00

Emil Balayev: Komanda yoldaşlarımla dil tapmaq mənim üçün çətin olmadı

Azərbaycan yığmasının və Almaniyanın "Ayntraxt" klubunun qapıçısı Emil Balayevin azerisport.az saytına müsahibəsi

- "Ayntraxt"dakı işləriniz necə gedir?
- Şükür Allaha, hər şey yaxşıdır. Burada hər şey xoşuma gəlir.

- Artıq yeni komandanızla ilk mükafatınızı da qazanmısınız...
- Bir neçə gün öncə mini turnir keçirildi. Orada beş oyun keçirdik. Həmin oyunların üçündə meydanda oldum. Fikrimcə, debütüm pis alınmadı.

- Həmin turnirdə Dmitri Nazarovun komandası "Karlsrue" də iştirak edirdi və millidəki komanda yoldaşınız hətta sizə penaltidən qol da vurdu. Oyundan sonra buna görə üzr istədi?
- (gülür) Yox.

- Söhbət etməyə imkanınız oldu?
- Bəli, söhbətləşdik. Bir-birimizə uğurlar arzuladıq. Mən də ona komandasının tezliklə əsas Bundesliqada görünməsini arzuladım.

- Artıq sizi əsas Bundesliqa oyunlarının iştirak ərizəsində görmək olar?
- Bunu dəqiq deyə bilmərəm. Bu haqda qərarı məşqçilər verəcəklər.

- Bəs özünüz nə gözləyirsiniz?
- Məşqlər bu gündən bərpa olunub. Turnirdə iştirak edən futbolçulara istirahət verilmişdi. Mən hələ heç nə deyə bilmərəm. Burada mənə gənc və perspektivli qapıçı gözü ilə baxırlar.

- Yeri gəlmişkən, orada sizi necə qarşıladılar?
- Mənim üçün komanda yoldaşlarımla dil tapmaq çətin olmadı. Çünki ingilis dilini bilirəm.

- Azərbaycanın harada yerləşməsinə dair qəribə suallar vermədilər?
- Xeyr, elə suallar olmadı. Haradan olduğumu soruşdular, mən də Azərbaycandan olduğumu dedim, hamı da tanıdı.

- Alman dilini də öyrənməyi düşünürsünüz, yoxsa ingilis dili ilə kifayətlənəcəksiniz?
- Müqaviləmdə belə bir bənd var ki, alman dilini öyrənmək istəsəm, klubum mənim üçün müəllim tutacaq. Etiraf edim ki, alman dilini öyrənmək istəyim var. Tezliklə öyrənməyə başlayacağam.

- Frankfurtda harada yaşayırsınız?
- Klub məni mənzillə təmin edib. Məişət problemim yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.