7 yanvar 2015 00:25
Bolqarıstanın daha bir klubu Qarabağla oynamaq istəyir
Bolqarıstanın "Çerno More" klubu Azərbaycana çempionu "Qarabağ"la yoxlama oyunu keçirmək istəyir. Azerisport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, sözügedən komanda yanvarın 25-də Antalyaya yollanacaq. Həmin toplanış çərçivəsində bolqarlar üç yoxlama oyunu keçirməyi planlaşdırırlar ki, bunun biri də "Qarabağ"a qarşı olacaq.
Qeyd edək ki, fevralın 1-dək Antalyada hazırlıq keçəcək "Qarabağ" qardaş ölkədə altı yoxlama oyunu keçirəcək ki, bunların da arasında sadəcə, bir Bolqarıstan klubu var - "Levski". Ağdamlıların son anda "Çerno More" ilə qarşılaşmaya razılıq verib-verməyəcəyi bilinmir.
