7 yanvar 2015 00:20
Neftçi Azərbaycan millisinin üzvünə göz dikib
"Neftçi" Azərbaycanın U-19 yığmasından futbolçu transfer etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu millimizin yarımmüdafiəçisi Mahir Mədətovu gözaltı edib.
Hazırda Sankt-Peterburqda təşkil olunmuş Valentin Qranatkinin xatirə turnirində çıxış edən futbolçunun çıxışı "ağ-qaralar"ın məşqçilər korpusunun diqqətini çəkib. Bu üzdən də onlar müqavilə ilə "Bakı"ya məxsus oyunçunu transfer etmək üçün çalışmalara başlayıblar.
