7 yanvar 2015 00:15
Hacı Hacıyev İnterdə
Rusiyanın məhşur məşqçisi, hazırda "Amkar" komandasını çalışdıran və vaxtı ilə Mahaçqalanın "Anji" klubunda Kaxaber Sxadadzenin baş məşqçisi olmuş Hacı Hacıyev Bakı təmsilçisinin Türkiyədəki qərargahına baş çəkib. Azerisport.az xəbər verir ki, o, "bankirlər"in Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən məşqlərini izləyib, eyni zamanda baş məşqçi Sxadadze ilə görüşüb.
