7 yanvar 2015 00:00
Qranada Eddi İsrafilovsuz məğlub oldu
İspaniya La Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun çıxış etdiyi "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Kordoba" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Eddi bütün oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, hazırda İsrafilovun komandası 13 xalla 19-cu yerdə qərarlaşıb.
