6 yanvar 2015 19:15
Vaqif Cavadov təkzib etdi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Türkiyənin "Qaziantep BB" klubundan ayrıldığı barədə xəbərləri təkzib edib. Azerisport.az saytına açıqlamasında o, Türkiyə mətbuatının yaydığı xəbərlərin düzgün olmadığını bildirib:
"Mən özüm də bu xəbəri yenicə öyrənmişəm. Belə xəbərlərin haradan yarandığı anlaşılmazdır. "Qaziantep BB" klubundan ayrılmağım barədə heç bir söhbət yoxdur. Tezliklə klub da bu xəbərlərlə bağlı təkzib verməyi planlaşdırır".
