6 yanvar 2015 17:35
Vaqif Cavadov Qaziantep BB ilə yollarını ayırdı
Türkiyənin "Qaziantep BB" klubu Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Antep təmsilçisi Vaqiflə yanaşı, daha altı futbolçu ilə müqaviləni ləğv edib.
Qeyd edək ki, Cavadov bu komandada mövsümün əvvəlindən çıxış edirdi.
