6 yanvar 2015 16:30
Lippert də milliyə dəstək olmağa gedir
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması ikinci qrup mərhələsi çərçivəsində yanvarın 7-də Sankt-Peterburq, yanvarın 8-də isə Koreya Respublikasının komandası ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, yığmamızın iştirakı ilə keçiriləcək hər iki oyunu AFFA-nın Texniki direktoru Bernhard Lippert də izləyəcək. (AFFA)
