6 yanvar 2015 16:00
Məşqçilər Komitəsinin üzvləri məşqləri və oyunları izləyəcək
AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev və Şakir Qəribov yanvarın 14-dən 24-dək Türkiyənin Antalya şəhərində səfərdə olacaq. Azerisport.az xəbər verir ki, adıçəkilən şəxslər sözügedən ölkədə təlim-məşq toplanışında olan klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcək.
Böyükağa Hacıyev isə ölkəmizdə hazırlıq keçən klublarımızın məşq və oyunlarını nəzarətdə saxlayacaq. (AFFA)
