6 yanvar 2015 15:45
Ağasəlim Mircavadov: Bu çətin vəziyyətdən çıxış yolu axtarmağa çalışacağıq
AFFA məşqçilər şurasının üzvü Ağasəlim Mircavadov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir sıra məsələ müzakirə olundu. Daha çox ölkə çempionatına marağı artırmağın yolların axtardıq. Hamıya yaxşı məlumdur ki, azarkeşlərin oyuna gəlmə sayı çox aşağıdır və bu, bizi qane edə bilməz. Bu çətin vəziyyətdən çıxış yolu axtarmağa çalışacağıq".
