6 yanvar 2015 15:30
"Zəngin tarixi və böyük iddiası olan kluba gəldiyim üçün xoşbəxtəm"
Rauf Əliyev "Neftçi"yə keçidi ilə bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Neftçi" Azərbaycan futbolunun ən köklü komandasıdır. İstənilən yerli futbolçu üçün "Neftçi"də oynamaq şərəfdir. Bu komanda hər zaman ən yüksək yerlər uğrunda mübarizə aparıb. Zəngin tarixi və böyük iddiası olan kluba gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, üzərimə böyük məsuliyyət düşür. "Neftçi"nin heyətində özümü doğrultmaq və komandama faydalı olmaq istəyirəm. İnanıram ki, azarkeşlərin də sevgisi və dəstəyi sayəsində qolları sıralayacağam. Mən milli komandanın da üzvüyəm. Ona görə də çalışacağam ki, "Neftçi"də bacardığım qədər yaxşı çıxış edərək, yığmamıza da faydalı olum". (klub saytı)
