6 yanvar 2015 14:30

Samir Əliyev: Qarabağla rəqabət aparmaq çox çətindir

"Neftçi"nin əvəzedici komandasının baş məşqçisi Samir Əliyevin azerisport.az saytına müsahibəsi

- Artıq xeyli müddətdir "Neftçi"nin baş məşqçisiniz. Əsas komandaya məsləhət gördüyünüz hansısa futbolçu var?
- Bizdə istedadlı oyunçular var. Onlar yaxın iki-üç mövsüm ərzində əsas komandada oynaya biləcək səviyyəyə yüksələcəklər. Amma bunun üçün öz üzərlərində daha çox işləmələri lazımdır.

- "Neftçi"nin 2014-cü ildəki çıxışını necə qiymətləndirə bilərsiniz?
- Komanda Avropa Liqasının pley-off mərhələsinə qədər yüksəlməyi bacardı. Çempionatda da hələ heç nə itirilməyib. Qarşıda 16 tur var və bu müddət ərzində çox şey dəyişə bilər. Pis oynadığımızı düşünmürəm.

- Sizcə, daha uğurlu çıxış etmək üçün nə çatışmır?
- Hər bir komandada nəsə çatışmır. Mənə elə gəlir ki, bizdə yaxşı yarımmüdafiəçi ilə hücumçuya ehtiyac var. Bu mövqelərdə müəyyən çatışmazlıqlar var.

- Sizcə, qış çempionu olmuş "Qarabağ" titulunu qoruya biləcək?
- "Qarabağ"la rəqabət aparmaq hazırda çox çətindir. Hansı ki, 3-4 il öncə "Neftçi" ilə rəqabət aparmaq çətin idi. Fikrimcə, bu rəqabətin bəhrəsi də var. Hər iki komanda Avropa Liqasında kifayət qədər uğurlu çıxış etməyə nail olub.

- Elvin Yunuszadənin Türkiyənin "Akhisar Bələdiyyəspor" klubuna keçmək istəyi ilə bağlı nə deyə bilərsiniz?
- Xaricdə futbolçularımız nə qədər çox olsa, bir o qədər yaxşıdır. Ölkədən kənardan oynayan futbolçularımız özlərini yaxşı tərəfdən göstərdikləri halda digərləri üçün də yol açmış olacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.