6 yanvar 2015 13:30
Dorinel Muntyanu: İşsiz qalmaq fikrim yoxdur
"Qəbələ"nin sabiq baş məşqçisi Dorinel Muntyanu bəyan edib ki, işsiz oturmaq fikri yoxdur. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Heç bir klubla müqaviləm yoxdur. Heç kimə borcum da yoxdur. Amma indiki zamanda işsiz oturmaq fikrim də yoxdur. Qarşıdakı beş ay ərzində istirahət etməyi planlaşdırmıram".
