6 yanvar 2015 12:40

Qəbələnin məşqçilər korpusu fəaliyyətə başladı

“Qəbələ”nin məşqçilər korpusu yeni tərkibdə fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi ukraynalı Roman Qriqorçuka Antalya toplanışından etibarən 5 çalışdırıcı kömək edəcək.

Onlardan biri – Sənan Qurbanov bunadək çalışdığı postunda işinə davam edəcəksə, digər 4 məşqçi komandada yeni işə başlayıb. 2012-ci ilin yayından əsas komandada çalışan Qurbanovla yanaşı, Mixaylo Savka və Stepan Matveyev də yardımçı məşqçi kimi fəaliyyət göstərəcək. Hər iki ukraynalı mütəxəssis Odessa “Çernomorets”ində də baş məşqçi ilə birgə çalışıb. 1962-ci ildə Ukraynanın Ternopol vilayətində anadan olan Savka son 4 ildə Odessa təmsilçisində köməkçi-məşqçi kimi çalışıb. Futbolçu kimi “Zvezda” (Kirovoqrad), “Prikarpatye” (İvano-Frankovsk), “Bukovina” (Çernovtsı), “Metallurq” (Zaporojye), “Karpatı” (Lvov), “Kaluş” və Slovakiyanın “Slobod” klublarında çıxış etmiş mütəxəssis baş məşqçi kimi “Texno-Sentr” (Roqatin) və “Energetik”ə (Burştın) rəhbərlik edib.

2011-ci ilin yayından “Qəbələ”yə gələnədək “Çernomorets”də işləyən Matveyev futbolçu karyerasında daha çox klubun şərəfini qoruyub. O, “MOİK-Borisfen” (Kiyev), MOİK (Kiyev), “Prikarpatye” (İvano-Frankovsk), “Volın” (Lutsk), “Tısmenitsa”, “Torpedo” (Zaporojye), “İOEUGİM-Metallurq” (Zaporojye), “Çernoqora” (İvano-Frankovsk), “Borisfen-2” (Borispol) və “Avropa”da (Priluki) çıxış edib. “Borisfen-2” (Borispol), “Boreks-Borisfen” (Borodyanka), “Borisfen” (Borispol), “Metallurq” (Donetsk),”Knyaja” (Sçastlivoye), “Prikarpatye” (İvano-Frankovsk) klublarında baş məşqçi, “Lvov”da köməkçi kimi çalışıb.

“Qəbələ”nin qapıçılarla işləyən məşqçisi Andrey Qluşenko isə həmkarları ilə müqayisədə daha gəncdir. 1974-cü il təvəllüdlü məşqçi qolkiper kimi “Torpedo” (Zaporojye), “Zvezda” (Kirovoqrad), “Metallurq” (Zaporojye) və “İliçevets”də çıxış edib. 2009-cu ildə futbolçu karyerasını bitirən Qluşenko “Metallurq”da (Zaporojye) məşqçi kimi fəaliyyətə başlayıb. 2011-ci ilin martında “Çernomorets”ə keçən gənc çalışdırıcı “qırmızı-qaralar”la anlaşanadək bu klubda işləyib.

Digər mütəxəssis Anatoli Korotiya "Qəbələ"də elmi-metodiki sahədə fəaliyyət göstərəcək. O, komandada məşqçi-analitik kimi çalışacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.