6 yanvar 2015 12:30
Nikolay Adam: Sankt-Peterburq bizi daha çox narahat edir
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Rusiyada təşkil olunan Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə Sankt-Peterburq komandasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əgər bütövlükdə götürsək, həm Sankt-Peterburq, həm də Cənubi Koreya güclü komandadır. Amma biz hazırda daha çox növbəti oyun haqda düşünürük. Çünki Sankt-Peterburq bizi daha çox narahat edir".
