Aleksey Qay: Qəbələdə Çernomoretsdəkindən daha böyük uğurlar qazanmaq istəyirik
"Qəbələ"nin yeni transferi Aleksey Qay bu keçidi ilə bağlı Ukrayna mətbuatına danışıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Qəbələ"yə transfer mənim üçün ilk növbədə futbol oynamaq baxımından yeni bir imkandır. İddialı komandadır, inkişaf etmək, daha böyük uğurlar qazanmaq istəyir. Əlbəttə, bu, həm də yeni həyat təcrübəsidir. Çünki mən heç vaxt ölkədən kənarda oynamamışdım. İndi isə yeni mədəniyyətlə, mentalitetlə tanış olmaq şansım var".
"Son zamanlar "Çernomorets"də müəyyən xoşagəlməz məqamlarla üzləşsəm də, Odessadakı karyeramı həmişə xoş xatirələrlə anacağam. İndi Roman Qriqorçukla yeni səhifə açmış oluram. "Qəbələ" ilə nəticə qazanmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq. "Çernomorets"dəkindən daha artığına nail olmaq istəyirik".
