6 yanvar 2015 11:30
Xəzər Lənkəran 11 futbolçu ilə vidalaşdığını rəsmən açıqladı
"Xəzər Lənkəran" komandadan gedən futbolçularla bağlı məlumat yayıb. Azerisport.az xəbər verir ki, klubla yarımmüdafiəçi Elnur Abdullayev arasında müqavilənin müddəti başa çatdığı üçün futbolçu sərbəst oyunçu statusunda klubdan ayrılıb.
Bundan əlavə Rauf Əliyev, Əfran İsmayılov, Rəşad Sadiqov, Aleksandr Şemonayev və Vanderson Skarduelli ilə mövcüd olan müqavilələrə qarşılıqlı şəkildə xitam verilib. Adrian Skarlatake, Tyeqo de Jesus və Fernando Qabriel klub tərəfindən transferə çıxarılıb, eyni zamanda Deyan Blajevski və Qalin İvanov klubun düşərgəsini icazəsiz tərk etdiklərinə və müqavilə öhdəliklərini kobud şəkildə pozduqlarına görə klub tərəfindən hər iki futbolçu ilə müqavilələrə birtərəfli şəkildə xitam verilib. (klub saytı)
