6 yanvar 2015 00:40

Vaqif Sadıqov: Yığmamıza ən yaxşı futbolçular dəvət olunmalıdır

AFFA-nın məşqçilər komitəsinin rəhbəri Vaqif Sadıqovun azerisport.az saytına müsahibəsi

- 2014-cü il futbol baxımından nələrlə yadınızda qaldı?
- Yaxşı məqamlar elə də çox deyil. "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə düşməklə, oradakı uğurlu çıxışı ilə bizi çox sevindirdi. Həmçinin yeniyetmə futbolçulardan ibarət iki yığmamızın AÇ-nin elit mərhələsinə yüksəlməsi də sevindirici məqamlardan idi. Çempionatımızın da səviyyəsi göstərir ki, düzgün yoldayıq. Yaxşı yeni futbolçular peyda olub. Məsələn, Qara Qarayev çox artırıb.

- Yəqin ki, ilin ən neqativ məqamlarından biri yığmamızın Xorvatiyaya 6 cavabsız qolla uduzması oldu...
- Artıq çoxdan idi yığmamızın belə böyük hesablarla uduzmasının şahidi olmurduq. Ona görə də xorvatlara yenilgi çoxları üçün gözlənilməz oldu. Amma mənim üçün daha böyük gözlənilməzlik Norveçlə oyundakı istəksizlik idi. Ümid edirəm ki, bundan sonra millinin oyunlarında daha böyük istək görəcəyik.

- Bu mövsüm Topaz Premyer Liqasının səviyyəsinin aşağı endiyini iddia edənlər çoxdur...
- Razıyam. İntriqa ölüb. Hələ mövsümün yarısına çatarkən intriqanın bu dərəcədə heçə endiyinin şahidi olmamışdıq. Amma fikrimcə, klub rəhbərləri, futbol funksionerləri ümumi bir fikrə gəlib, çempionatı daha da maraqlı etmək ortaq məxrəcə gələcəklər.

- Millinin yeni baş məşqçisi Robert Prosineçki yeni futbolçulara baxır. Onun maraqlandığı oyunçular arasında Dmitri Nazarov, Toğrul Erat kimi tanış simalarla yanaşı İspaniyanın "Qranada" klubunda forma geyən Eddi İsrafilov da var...
- Yığmaya hansı çempionatda çıxış etməsindən asılı olmayaraq, ən yaxşı futbolçular dəvət olunmalıdır. Qarşımıza ən yaxşı oynayanları çağırmaq məqsədi qoymalıyıq. Futbol kollektiv oyundur. Yığmaya dəvət alanlar da kollektivə kömək edə biləcək gücdə olduqlarını göstərməlidirlər.

- 19 yaşadək futbolçulardan ibarət yığmamızın Valentin Qranatkinin xatirə turnirindəki çıxışını necə qiymətləndirirsiniz?
- Bu yığma əsas millimizin ən yaxın ehtiyat qüvvələrindən hesab olunur. Ona görə də U-19-un belə çıxışı bizi sevindirməyə bilməz. Onlara uğurlar arzulayırıq və daha böyük uğurlar gözləyirik. Bu, təkcə U-17 və U-19 yığmalarına yox, digər millilərimizə də aiddir. Bizim hazırda əsas hədəfimiz AÇ-2020-yə komanda çıxarmaqdır. Çünki hamımızın istəyi ev sahibliyi edəcəyimiz belə turnirdə öz komandamızın da çıxışını izləməkdir. Bu istəyimizə çatmaq üçün var gücümüzlə çalışmalıyıq.

- Futbolçular bəyan ediblər ki, Sankt-Peterburqda çempion olmaq arzusundadırlar. Sizcə, komandamız buna nail ola bilər?
- Tamamilə. Niyə də yox? "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxmağa əsas namizədlərdən biri olacağına kim inanardı? Biz bu yolla irəliləməli və göstərməliyik ki, doğru yoldayıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.