6 yanvar 2015 00:25
Subaşiç oynadı, komandası qələbəyə sevindi
Türkiyə PTT 1-ci Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçli "Manisaspor" doğma meydanda digər azərbaycanlı futbolçu Rail Məlikovun komandasını - "Dənizlispor"u qəbul edib.
Qarşılaşma 2:1 hesabıyla manisalıların xeyrinə başa çatıb. Railin adı məlum səbəblərdən bu oyunun da iştirak ərizəsində yer almayıb. Subaşiç isə start heyətdə çıxdığı qarşılaşmanın 69-cu dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Manisaspor" hazırda 17 xalla 16-cı, "Dənizlispor" isə eyni xalla 14-cü pillədə qərarlaşıb.
