6 yanvar 2015 00:20
İmamverdiyevli Elazığspor xal itirdi
Türkiyə PTT 1-ci Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid İmamverdiyevin komandası - "Elazığspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Adanaspor"la qarşılaşıb. Oyun qolsuz başa çatıb. Start heyətdə meydana çıxan Cavid sonadək meydanda olub.
Qeyd edək ki, "Elazığspor" hazırda 23 xalla 7-ci pillədə qərarlaşıb.
