6 yanvar 2015 00:15
Cihan Özkara Sivassporla vidalaşdı
Azərbaycan yığmasının hücumçusu Cihan Özkara Türkiyənin "Sivasspor" klubundan qovulub. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən klubun prezidenti Məcnun Odyaxmaz məlumat verib.
O, yerli mətbuata açıqlamasında komandanın 4 oyunçusu - Əhməd Şahbaz, Bərk Nəziroğluları, Cihan Özkara və Macauley Xrisantusla yollarını ayırdıqlarını açıqlayıb. Bunu klub rəhbərliyindən komandanın yeni baş məşqçisi Sərgən Yalçın istəyib. Rəhbərlik də onun bu istəyini yerinə yetirib.
