6 yanvar 2015 00:10

Çernomoretsin sabiq üzvü rəsmən Qəbələdə!

Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə olan “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, bunadək Rəşad Sadiqovla müqavilə imzalayan “qırmızı-qaralar” qış fasiləsində ilk legionerlə anlaşıb.

"Qəbələ" ukraynalı yarımmüdafiəçi Aleksey Qayı rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan orta sahə oyunçusu ilə 1,5 illik müqavilə imzalanıb. Qay artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.

1982-ci il noyabrın 6-da anadan olan Qay son illəri “Çernomorets”də keçirsə də, karyerasının əsas hissəsi “Şaxtyor”la bağlıdır. 18 yaşında Donetsk təmsilçisinin əsas komandasına cəlb olunan yarımmüdafiəçi 2000-04 və 2006-13-cü illərdə bu komandanın şərəfini qoruyub. Ukrayna çempionatlarında 6 qızıl (2001/02, 2007/08, 2009/10, 2010/11, 2011/12, 2012/13), 5 gümüş (2000/01, 2002/03, 2003/04, 2006/07, 2008/09) medal qazanan Qay 7 dəfə (2000/01, 2001/02, 2003/04, 2007/08, 2010/11, 2011/12, 2012/13) ölkə kubokunun qalibi, 3 dəfə (2002/03, 2006/07, 2008/09) finalçısı olub. 2008/09 mövsümündə isə “Şaxtyor”un heyətində UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb. 2004-06-cı illərdə “İliçevets”in formasını geyən Qay 2013-cü ilin yayından “Qəbələ”yə keçənədək “Çernomorets”də çıxış edib.

Qeyd edək ki, 2003-11-ci illərdə Ukrayna milli komandasına cəlb olunan yarımmüdafiəçi yığmada 29 oyun keçirib və 1 qol vurub. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.