5 yanvar 2015 20:15
Azərbaycanın rəqibləri bəlli oldu
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Valentin Qranatikinin xatirə turnirindəki növbəti rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bunları müvafiq olaraq D və E qruplarını qalib başa vuran Sankt-Peterburq və Cənubi Koreya komandaları olub.
Qeyd edək ki, yanvarın 6-da turnirdə istirahət günü olacaq. Azərbaycan yığması növbəti matçını ayın 7-də Sankt-Peterburq komandasına qarşı keçirəcək.
Xatırladaq ki, ilkin qrup mərhələsində millimiz Yaponiyaya (1:0) və Rusiya-2 komandasına (4:2) qalib gəlmişdi.
