5 yanvar 2015 18:45

Arif Əsədov: Türkiyəyə iki heyətlə yollanacağıq

"Neftçi"nin baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Öncə komandanın hazırlıq planı barədə məlumat verərdiniz...
- Plana uyğun olaraq bu gündən hazırlıq mərhələsinə başladıq. Artıq ilk məşqimizi keçmişik. Sabahdan etibarən gündə iki məşqimiz olacaq. Səhər hazırlığı əsasən fiziki tapşırıqlar üzərində qurulacaq. Axşam isə toplu çalışmalara üstünlük verəcəyik. Yanvar ayının 10-da Bakıdakı hazırlığımız yekunlaşacaq. Ertəsi gün Antalyaya yollanacağıq. Məşqlərimiz orada davam edəcək. Yanvarın 24-ə kimi 6 yoxlama oyunu keçirməyi də nəzərdə tutmuşuq.

- Türkiyəyə yollanacaq heyətə gənc futbolçular cəlb olunacaqmı?
- Biz Türkiyəyə iki heyətlə yollanacağıq. Orada keçirəcəyimiz yoxlama oyunlarında gənc futbolçulara da şans verəcəyik. İstəyirik ki, onlar da əsas komandaya uyğunlaşsınlar. Bu oyunlarda çatışmayan cəhətlərimizi daha aydın görə biləcəyik və hazırlıq prosesi bitənə kimi istədiyimiz komandanı formalaşdırmağa çalışacağıq.

- Yeni futbolçuların transferi ilə bağlı nə düşünürsünüz?
- Klubumuzun inkişaf strategiyasının əsasında gənc yerli futbolçuların inkişafı dayanır. Hazırda komandamızda yetərli qədər legioner futbolçu var. Daha əvvəl də dediyim kimi əcnəbi futbolçu transfer etməyi düşünmürük. Ola bilsin ki, yerli futbolçular dəvət etdik. Hazırda danışıqlar apardığımız futbolçular var. Amma, bu haqda keçid rəsmiləşərsə ictimaiyyətə rəsmi məlumat veriləcək.

- Həm çempionat, həm də ölkə kuboku. İki cəbhədə çətin olmayacaq ki?
- Həm kubok, həm də çempionatda hədəfimiz maksimum nəticə göstərməkdir. Çempionluq üçün sona kimi mübarizə aparacağıq. Hazırlıq mərhələsi zamanı bəzi mövqeləri gücləndirməyə çalışacağıq. Bu vaxtdan ən səmərəli şəkildə yararlanmalıyıq.

- Çemponluq yolunda əsas rəqiblər hansı komandalardır?
- Bütün rəqiblər "Neftçi"yə qarşı var qüvvəsi ilə oynayır. Hər oyuna ən yüksək səviyyədə köklənməlisən. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çempionluq uğrunda əsas rəqiblərimizə gəldikdə isə düşünürəm ki, "Neftçi" ilə yanaşı "Qarabağ", "İnter" və "Qəbələ" klubları daha şanslıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.