5 yanvar 2015 18:15
Simurqun Partizanla oyunu ləğv olundu
"Simurq"un Albaniyanın "Partizan" klubu ilə yoxlama oyunu baş tutmayacaq. Azerisport.az xəbər verir ki, sözügedən klublar Türkiyənin Antalya şəhərində qarşılaşmaq üçün razılıq əldə etmişdilər.
Ancaq Albaniya klubu qardaş ölkədə toplanış keçirməkdən imtina edib. Bu üzdən Azərbaycan təmsilçisi ilə yoxlama oyunu da ləğv olunub.
