5 yanvar 2015 17:30
Simurq sabah Antalyada toplaşacaq
"Simurq" sabah Türkiyənin Antalya şəhərində mövsümün qalan dövrü üçün hazırlığa start verəcək. Azerisport.az xəbər verir ki, zaqatalalılar axşam ilk məşqə çıxacaqlar.
Georgi Çixradzenin komandası yanvarın 25-dək qardaş ölkədə hazırlıq keçəcək. "Simurq" toplanış müddətində dörd yoxlama oyunu keçirəcəklər.
