5 yanvar 2015 16:30

İlkin Sadıqov: Azərbaycan istənilən rəqiblə mübarizə apara bilər

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu İlkin Sadıqov Valentin Qranatkin turnirində Rusiya-2 komandasına qarşı keçirilmiş oyundan sonra (4:2) fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

- Komandamız çox yaxşı oynadı. Düzdür, Rusiya yığmasından da belə oyun gözləmirdim. Onlar müdafiədə çox kobud səhvlərə yol verdilər. Bizim 48-ci dəqiqədə vurduğumuz qol həlledici oldu. Ondan sonra hər şey bizim xeyrimizə işləməyə başladı. Mən özüm iki qol vursam da, daha artığına nail ola bilərdim. Üstəlik, bir epizodda da hakim təmiz penaltimizi vermədi.

- Komandamız artıq növbəti mərhələdədir. Finlandiya, Slovakiya kimi rəqiblərlə mübarizədə çempionluq uğrunda mübarizə apara biləcəksiz?
- Əlbəttə. Fikrimcə, komandamızın yaxşı potensialı var. İstənilən rəqibə qarşı oynaya bilərik.

- Yaponiya üzərində qələbə nə dərəcədə vacib idi?
- Çox vacib qələbə idi. Bu, bizə əlavə stimul oldu. Ruslarla oyuna daha inamlı çıxmağa nail olduq. Digər tərəfdən rəqibin bizə münasibəti də xoşumuza gəlmədi. Oyundan öncə bizə gülürdülər. Yəqin ki, asanlıqla qalib gələcəklərini düşünürmüşlər.

- Oyundan sonra baş məşqçi Nikolay Adam sizə nə dedi?
- Təbrik etdi və bildirdi ki, oyunumuzdan razıdır.

- Bu turniri əcnəbi menecerlər də izləyirdilər. Xarici klublardan mümkün təkliflərə necə baxırsınız?
- Çox sevinərəm. Amma hazırda "İnter"dəyəm və durumumdan da razıyam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.