5 yanvar 2015 16:15
Sumqayıtın rəqiblərindən ikisi məlumdur
"Sumqayıt" Futbol Klubu təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun planına əsasən, komanda yanvarın 17-də və 19-da AZAL-la qarşılaşacaq.
"Sumqayıt" yanvarın 23-də isə 1-ci divizion təmsilçisi "Zirə"ni qəbul edəcək. Yanvarın 14-də planlaşdırılan yoxlama oyunu üçün rəqibin kimliyi hələ məlum deyil.
Qarşılaşmaların başlama vaxtı və keçiriləcəyi məkanlarla bağlı klubun rəsmi saytında məlumat veriləcək. (klub saytı)
