5 yanvar 2015 16:00
FİFA referimiz avtomobil qəzasında dünyasını dəyişdi
Futzal üzrə azərbaycanlı FİFA referisi Xəlil Hüseynli dünyasını dəyişib. Bu barədə azerisport.az saytına AFFA-dan xəbər verilib.
Məlumatda bildirilir ki, mərhumun ölümünə ağır avtomobil qəzası səbəb olub.
Allah Rəhmət Eləsin!
