5 yanvar 2015 15:45
Pərdis Fərcad-Azad yenidən Sumqayıtda
Azərbaycan yığmasının yarımmüdafiəçisi Pərdis Fərcad-Azadın "Sumqayıt"a nə vaxt qoşulacağı müəyyənləşib. Klubdan azerisport.az saytına verilən məlumata görə, 26 yaşlı xavbek yanvarın 10-da "kimyaçılar"a qoşulacaq.
Qeyd edək ki, Aqil Məmmədovun komandası bu gündən təlim-məşq toplanışına start verib.
