5 yanvar 2015 15:00
Emin Zamanov: Millimizin qələbəsi daha vacib idi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Emin Zamanov Sankt-Peterburqda təşkil olunan Valentin Qranatkinin xatirə turnirində Rusiya-2 komandasına qarşı oyunun ən yaxşısı seçilməsindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bu barədə heç düşünmürdüm. Meydana yalnız komandama kömək etmək üçün çıxmışdım. Məşqçilər sağ olsunlar ki, məni ən yaxşı seçdilər. Əsas qələbə qazanmağımızdır. Bu hər şeydən daha çox vacibdir. Qrupda ilk yeri tutmaq üçün çalşırdıq, buna da nail olduq".
