5 yanvar 2015 14:30
Amit Quluzadə oynamadı, Atletiko evdə uduzdu
Portuqaliya ikinci liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - "Atletiko" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Portimonense" ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Amitin adı bu matçın da iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Atletiko" hazırda 22 xalla 20-ci pillədə qərarlaşıb.
