5 yanvar 2015 13:30
Azərbaycanın rəqibləri bu gün bəlli olacaq
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə iştirak edən Azərbaycan yığması növbəti rəqiblərini bu gün tanıyacaq. Azerisport.az xəbər verir ki, Nikolay Adamın rəhbərlik etdiyi komandamızın rəqibləri D və E qruplarının qalibləri olacaq.
D qrupunda Slovakiya yığması ilə Sankt-Peterburq şəhərinin komandası ən yaxşını öz aralarındakı oyunda müəyyənləşdirəcəklər. E qrupunda isə Cənubi Koreya ilk pilləni təmin etmək üçün Moskva komandasını 2:0 hesabı ilə məğlub etməlidir.
Qeyd edək ki, Azərbaycan öz qrupunda Yaponiya (1:0) və Rusiya-2 komandalarına (4:2) qalib gələrək qrupdan çıxmağı özü üçün təmin edib.
