5 yanvar 2015 13:00
Xəzər Lənkəran Türkiyə və Almaniya klubları ilə qarşılaşacaq
Türkiyədə təlim-məşq toplanışı keçəcək "Xəzər Lənkəran"ın qardaş ölkədə qarşılaşacağı rəqiblərdən üçü müəyyənləşib. Azerisport.az xəbər verir ki, Elbrus Məmmədovun komandası ilk yoxlama oyununu yanvarın 10-da yerli "Tekirdağ"a qarşı keçirəcək.
Ayın 14-də cənubluları Almaniyanın "Kemnitser" klubu ilə sınaq gözləyir. Yanvarın 17-də isə "Xəzər Lənkəran" qardaş ölkənin Super Liqa təmsilçisi "Ərciyəsspor"la münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bu gündən start götürəcək toplanışın gedişi zamanı rəqiblərin dəyişməsi istisna olunmur. XL daha iki rəqibin adına bundan sonra aydınlıq gətirəcək.
