5 yanvar 2015 12:30
Qəbələ Türkiyəyə yollandı
"Qəbələ" Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda qış fasiləsi zamanı Antalyada təlim-məşq toplanışında olacaq.
Roman Qriqorçukun rəhbərliyi altında hazırlıq keçəcək komanda ayın 5-dən 29-dək qardaş ölkədə qalacaq. Bu müddət ərzində "Qəbələ"nin 7 yoxlama oyunu keçirməsi planlaşdırılır.
