5 yanvar 2015 11:30
Rauf Əliyev: Hələ Neftçi ilə müqavilə imzalamamışam
Azərbaycan yığmasının hücumçusu Rauf Əliyev "Neftçi"yə keçdiyi barədə xəbərləri şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz hələ də danışıqları davam etdiririk. Mən hələ paytaxt klubu ilə müqavilə imzalamamışam. Bu gün həlledici görüş olmalıdır. Hər şey yaxşı olsa, "Neftçi"nin futbolçusu olacağam".
