5 yanvar 2015 00:10
Sivasspor Özkarasız qalib gəldi
Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın komandası - "Sivasspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Karabükspor"la qarşılaşıb. Oyun 2:0 hesabıyla sivaslıların xeyrinə başa çatıb. Cihanın adı bu matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Sivasspor" hazırda 14 xalla 17-ci yerdə gedir.
