4 yanvar 2015 21:30
Nikolay Adam: Bu, 4 illik işimizin bəhrəsidir
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan – Rusiya-2 oyunundan sonra milli komandamızın baş məşqçisi Nikolay Adam fikirlərini açıqlayıb. Azerisport.az sizi həmin fikirlərlə tanış edir.
“Komandamın oyunundan razıyam. Dünən çətin oyun keçirmişdik. Bu gün futbolçularımızın yorğun ola biləcəyini düşündüyümüz üçün qarşılaşmadan əvvəl bir qədər narahat idik. Amma yorğunluğa baxmayaraq, bu gün yaxşı oyun göstərdik. Ardıcıl ikinci qələbəmizi qazandıq. Bu, 4 illik işimizin bəhrəsidir. Rəqib də yaxşı təsir bağışladı. Məqsədimizdə dəyişiklik yoxdur. Hər dəfə növbəti oyun haqda düşünürük”.
