4 yanvar 2015 19:45
Rusiya ilə oyunun ən yaxşısı Zamanov oldu
Sankt-Peterburqda keçirilən FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin sayca 27-ci beynəlxalq xatirə turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxdı.
Rusiya-2 komandasına qarşı keçirilən oyunda millimiz 4:2 hesabıyla üstün oldu. Bu oyunda millimizin ən yaxşı futbolçusu da müəyyənləşib. Bu, komandanın yarımmüdafiəçisi Emin Zamanov olub.
