4 yanvar 2015 20:20
Mahir Şükürov lider üzərində qələbəyə sevindi
Türkiyə PTT 1-ci Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Mahir Şükürovun komandası - "Karşıyaka" doğma meydanda "Kayserispor"u qəbul edib.
Qarşılaşma 2:1 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Karşıyaka" 25 xalla 6-cı pillədə qərarlaşıb.
