4 yanvar 2015 19:00
Ufukla Vaqifin komandası Ayazın klubu ilə bacarmadı
Türkiyə PTT 1-ci Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri Ufuk Budakla Vaqif Cavadovun komandası - "Qaziantep BB" doğma meydanda digər azərbaycanlı futbolçu Ayaz Mehdiyevin çıxış etdiyi "Girəsunspor"u qəbul edib.
Qarşılaşma 1:1 hesabıyla başa çatıb. Xeyli müddətdir zədəli olan Ayazın adı bu dəfə də matçın iştirak ərizəsinə salınmayıb. Ufuk start heyətdə çıxdığı matçın sonuna kimi meydanda olub. Vaqif isə qarşılaşmanın 59-cu dəqiqəsində mübarizəyə qoşulub.
Qeyd edək ki, "Girəsunspor" 21 xalla 8-ci, "Qaziantep BB" isə 20 xalla 11-ci pillədə qərarlaşıb.
