4 yanvar 2015 14:30
Eratın komandası hazırlığa başlayır
Almaniyanın "Fortuna" klubu mövsümün qalan dövrü üçün hazırlığa başlayır. Azerisport.az xəbər verir ki, ikinci Bundesliqada çıxış edən Düsseldorf təmsilçisi sabahdan etibarən məşqlərini bərpa edəcək.
Azərbaycan yığmasının futbolçusu Toğrul Eratın da formasını geydiyi bu komanda toplanış müddətində bir neçə yoxlama oyunu keçirməyi də planlaşdırır.
