4 yanvar 2015 12:00

Elnur Cəfərov: Çempionluğa oynayırıq

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının hücumçusu Elnur Cəfərov azerisport.az saytına müsahibəsində Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirə turnirində Yaponiyaya qarşı oyundan danışıb. O, ötən gün baş tutan və 1:0 hesablı qələbəyə sevindikləri oyundan sonra bunlar söyləyib:

"Hamı bizim yaponlarla oyunda böyük hesabla uduzacağımızı gözləyirdi. Hətta ən optimist insanlar belə minimal hesablı məğlubiyyətimizi proqnozlaşdırırdı. Amma biz inamlı oynadıq və qələbə qazana bildik. Yaponiya bu turnirin son qalibi olsa da, biz onlardan çəkinmədiyimizi göstərdik".

Gənc forvard bu gün Rusiya-2 komandasına qarşı keçiriləcək oyundan da danışıb: "Bu oyuna hazırıq. Heyətdə yer alan hər bir futbolçu bu oyuna çıxmağa hazırdır. Mən də oynamasam, layiqincə əvəz edə biləcək futbolçularımız var".

Qranatkinin xatirə turnirini müxtəlif klubların skautları da yaxından izləyirlər. Cəfərov əcnəbi klubların diqqət mərkəzinə düşməyin əleyhinə olmadığını deyir: "Mən də xarici klubların birində legioner həyatı yaşamaq istərdim. Fikrimcə, bunu hər bir futbolçu istəyir. Amma mənim hazırda "Xəzər Lənkəran"la müqaviləm var. Əgər hansısa klubdan "Xəzər Lənkəran"a rəsmi təklif gəlsə, yəqin ki, məni buraxarlar".

Elnur bu turnirin vacibliyindən də danışıb: "Məncə, bu turnirdə 3-cü və ya 4-cü yeri tutmaq barədə düşünmək lazım deyil. Komanda olaraq çempionluğa oynayırıq. Bu dəfə nəticəmizi yaxşılaşdırmalıyıq. Komandamıza buna nail olacaq gücdədir. Uşaqların da müəyyən təcrübəsi var və bunun bizə yardımçı olacağına inanıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.