4 yanvar 2015 18:30
Azərbaycan Rusiyaya da qalib gəldi
Sankt-Peterburqda keçirilən FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin sayca 27-ci beynəlxalq xatirə turniri davam edir. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün qrup mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.
Millimiz növbəti oyununu Rusiya-2 komandasına qarşı keçirib. 6 qolluq oyunda qələbəni millimiz bayram edib.
Xatırladaq ki, yığmamız ilk oyununda bu turnirin son qalibi Yaponiyaya 1:0 hesabıyla qalib gəlmişdi.
Valentin Qranatkinin xatirə turniri
Qrup mərhələsi
"F" qrupu
4 yanvar
Azərbaycan - Rusiya-2 4:2 (1:1)
Qrupdakı hazırkı vəziyyət: Azərbaycan - 6, Rusiya-2, Yaponiya - hər ikisi - 0.
