4 yanvar 2015 00:15
Mahir Mədətov Yaponiya ilə oyunun ən yaxşısı olmasından danışdı
Azərbaycan yığmasının FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə Yaponiyaya qarşı keçirdiyi oyundakı (1:0) ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, komandamızın yarımmüdafiəçisi Mahir Mədətov olub.
O, saytımıza açıqlamasında bunları söyləyib: "Mən fərdi mükafat barədə düşünmürdüm. Komandam üçün oynayırdım. Məşqçi demişdi ki, mən lazım gəldiyi halda oyunu öz üzərimə götürə bilərəm. Öz sürətimdən istifadə etməyə çalışdım. Sonda bizim üçün lazım olan nəticəni əldə edə bildik".
