3 yanvar 2015 19:30
Atsuşi Uçiyama: Azərbaycan yığması bizi heyrətləndirdi
FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Yaponiya - Azərbaycan oyunundan sonra rəqib komandanın baş məşqçisi Atsuşi Uçiyama fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, 0:1 hesablı məğlubiyyətdən sonra bunları söyləyib:
“Bu turnirdə Azərbaycan yığması ilə ötən il də qarşılaşmışdıq. Bu dəfə bizi sözün əsl mənasında heyrətləndirdilər. Azərbaycan yığması əla təsir bağışladı. Sona kimi bizə qol vurmağa imkan vermədilər. Nəticənin sensasiya olması haqda heç nə deyə bilmərəm. Futbolda hər bir nəticə mümkündür”.
