3 yanvar 2015 13:30
İnter iki əcnəbinin yolunu gözləyir
Bakının "İnter" klubu Türkiyədə təlim-məşq toplanışına başlayıb. Azerisport.az xəbər verir ki, "bankirlər" iki əcnəbi futbolçuyla maraqlanır.
Onlardan biri - zambiyalı forvardla danışıqlar yaxın günlərdə yekunlaşmalıdır. Digər futbolçu yarımmüdafiəçidir.
Qeyd edək ki, gələn həftə "İnter" klubdan ayrılacaq futbolçuların siyahısını açıqlayacaq.
