3 yanvar 2015 12:30
Bruno Bertuççi özünə yeni iş yeri tapdı
"Neftçi"nin sabiq müdafiəçisi Bruno Bertuççi özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, 24 yaşlı braziliyalı futbolçu bundan sonra vətənində top qovacaq.
Belə ki, o, yerli "Portuqeza" komandası ilə anlaşıb.
Xatırladaq ki, Bertuççi 2012-ci ildən "Neftçi"də çıxış edirdi.
