3 yanvar 2015 17:10
Azərbaycan Yaponiyaya qalib gəldi
FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin XXVII beynəlxalq xatirə turnirində iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, millimiz turnirdə ilk oyununu Peterburqski İdman-Konsert Kompleksində Yaponiya komandasına qarşı keçirib.
Qarşılaşma millimizin minimal hesablı qələbəsiylə başa çatıb.
Valentin Qranatkinin xatirə turniri
Qrup mərhələsi
3 yanvar
Azərbaycan - Yaponiya 1:0 (1:0)
