3 yanvar 2015 12:00
Nikolay Adam: İlk oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Nikolay Adam Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə Yaponiyaya qarşı bu gün keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaponlar bu turnirin son qalibidirlər. Bizim qrupun da əsas favoriti məhz bu komandadır. Amma biz heç kimdən qorxmuruq. İlk oyunda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
